İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8718 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 2 773 950 AZN olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi 0,0003 bənd qalxaraq, 0,8715 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 7 381 605 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8715 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 11 650 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 10 155 555 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 294 444 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,60 faiz, ABŞ dolları üzrə isə 14,76 faiz təşkil etmişdir.
Noyabrın 22-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.