İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə fevralın 2-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8701 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8701 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 4 130 473 AZN həcmində əqdlər bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0001 bənd qalxaraq, bir dollar üçün 0,8700 AZN olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 394 770 AZN həcmində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8701 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 6 348 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 5 525 243 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 705 333 dollar düşmüşdür.
AUR/AZN T+ aləti üzrə 2 834 000 AZN-ə bərabər həcm qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 AUR üçün 1,1336 AZN olmuşdur.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar RUB/AZN və AUR/AZN T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,27 faiz, ABŞ dolları üzrə isə 14,36 faiz təşkil etmişdir.
Fevralın 2-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.