BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, sentyabrın 26-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8511 AZN olmuşdur.
Elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8515 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 468240 AZN təşkil etmişdir. Manatın məzənnəsi sessiyanın yekunların görə 0,0004 bənd qalxaraq, 1 dollar üçün 0,8511 AZN olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 136224 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8511 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 710 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 604 464 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 236 667 dollar düşmüşdür.
USD/AZN T+1 və T+2 alətləri və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. EHBS-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,58 faiz, ABŞ dolları üzrə isə 15,64 faiz təşkil etmişdir.
Sentyabrın 26-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər başlanmamışdır.