İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, avqustun 26-da USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4914 manat olmuşdur.

Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 980 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər olmuşdur. 980 min dollar həcmində təklif müqabilində ilkin tələb 890 min dollar olmuş, sonra isə manatın məzənnəsi bir bənd qalxmışdır.

Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4914 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 1 milyon 600 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 7,862 milyard təşkil edir. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 aləti üzrə əqdlər bağlamamışlar.

RURAZM aləti üzrə BEST-də 1 RUR üçün 162,51 manat məzənnəsi ilə 3 milyon 100 min rubl məbləğində əqd bağlanmışdır.

AVR-AZM aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər daxil olmamışdır.

MiIli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 26-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.