İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş növbəti hərracların yekunlarına görə, sentyabrın 4-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4912,48 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 1 milyon 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər idi. Təklif 1 milyon 500 min və tələb 1 milyon 350 min dollar olduqda manatın məzənnəsi 1 ABŞ dolları üçün 4913 manat olmuşdur.

Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912,36 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 6 milyon 266 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 30.781 milyard təşkil edir. Bir əqd, orta hesabla, 447.571 min dollara bərabər olmuşdur.

Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqdlər bağlamamışlar.

BEST-də EUR/AZM, RUR/AZM alətləri üzrə banklar sifariş verməmişdir.

Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə ümumən 1,1 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Sentyabrın 4-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.