İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, sentyabrın 23-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4912,50 manat olmuşdur.

Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 2 milyon 555 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuşdur. 2 milyon 555 min təklif və 2 milyon 400 min tələbat şəraitində manatın məzənnəsi 1 bənd qalxaraq 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.

Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4912,28 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 5 milyon 522 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 27,126 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 920,333 min dollar düşmüşdür.

Tələbat olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.

AVRAZM, RURAZM alətləri üzrə BEST-ə sifarişlər daxil olmamışdır.

Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,100 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Sentyabrın 23-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.