İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, oktyabrın 1-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4910,47 manat olmuşdur.

Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 755 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4909 manata bərabər olmuş və hərracların sonunadək dəyişməmişdir. Tələbat və təklif 755 min dollar olmuşdur.

Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4911 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 2 milyon 104 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 10, 333 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 233,778 min dollar düşmüşdür.

Tələbat olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.

Banklar AVRAZM, RURAZM alətləri üzrə BEST-ə sifarişlər verməmişlər.

Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,200 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 1-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.