BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, oktyabrın 23-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4913 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 190 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 156 min dollar ilkin təklif və 190 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd düşərək, 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913 manat həddində olmuşdur. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 960 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,629 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 245 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar. EUR/AZM və RURAZM TOM alətləri üzrə BEST-ə banklar tərəfindən sifariş verilməmişdir.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, illik 10 faizlə 1,150 milyard manat illik və 8 faizlə 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 23-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var