İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində

keçirilmiş hərracların yekunlarına görə, oktyabrın 24-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4913 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə

bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. 100 min ABŞ dolları həcmində ilkin təklif və 100 min dollar tələb şəraitində manatın məzənnəsi dəyişməyərək, 1 ABŞ dolları üçün 4913 manat təşkil etmişdir.

Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti

1 USD üçün 4913 manat həddində olmuşdur. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 171 min ABŞ dollarına bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 10,666 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 217 100 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.

AVRAZM TOM aləti üzrə BEST-də, ümumən, 10 min avro məbləğində

əqd bağlanmışdır ki, bu da manat ekvivalenti ilə 1 avro üçün 5843 manat məzənnəsi ilə 58,430 milyon təşkil edir.

Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası

kredit bazarında, ümumən, illik 10 faizlə 1,150 milyard manat və illik 8 faizlə 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.