İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min ABŞ dollarI təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər idi. Tələb və təklif 100 min ABŞ dolları olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 ABŞ dolları üçün 4912 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 1 milyon 845 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,063 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 205 min dollar düşmüşdür. Dilerlər tələb olmadığından USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar AVR/AZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında ümumən 3,164 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 29-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.