İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 708 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuş və hərracların yekunlarına görə dəyişməmişdir. Tələb və təkliflər 708 min dollar təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4915 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 514 min ABŞ dollarına bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 7,441 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 189,250 min dollar düşmüşdür.
BEST-də AVR/AZM TOD aləti üzrə 1 AVR üçün 5916 manat məzənnəsi ilə üst-üstə 60 min AVR məbləğində əqd bağlanmışdır.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,166 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 19-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.