İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 574 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuşdur. Təklif 574 min dollar, tələb isə 620 min dollar olmuş və manatın məzənnəsi 1 bənd aşağı düşərək, bir dollar üçün 4915 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4916 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 59 min ABŞ dollarına bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 5,206 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 211,8 min dollar düşmüşdür.
BEST-də USD/AZM T+1 (Tomorrow) aləti üzrə 450 min ABŞ dollarına bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 2,211 milyona bərabərdir.
Tələb olmadığından dilerlər USD/AZM T+2 aləti üzrə əqd bağlamamışlar.
BEST-də AVR/AZM TOD aləti üzrə 1 AVR üçün 5897 manat məzənnəsi ilə üst-üstə 2 min avro məbləğində əqd bağlanmışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 164,37 manat məzənnəsi ilə üst-üstə 2 milyon rubl məbləğində əqd bağlanmışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, 3,116 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 20-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.