İDMAN


BAKI ÇEMPİONATI ÖLKƏ BİRİNCİLİYİNƏ HAZIRLIQDIR

Bakı gimnastika məktəbində idman akrobatikası üzrə paytaxt çempionatı başa çatmışdır. Çempionatın qalibləri idman ustaları, ustalığa namizədlər, yaşlı birinci-üçüncü dərəcəli akrobatika arasında çoxnövçülüyün yekunlarına görə müəyyənləşmişdir. “Neftçi”, “Təhsil” idman cəmiyyətlərinin, gimnastika məktəbinin və Nizami rayonundakı idman məktəbinin yetirmələri tarazlı, sürətli və qarışıq təmrinləri yerinə yetirmişlər.

Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kişilərin qrupunda idman ustaları arasında “Təhsil” cəmiyyətinin 50,388 bal toplayan nümayəndələri Elşən Seyfullayev, Elnur Məmmədov, Nemət Ağayev, Rəşad Sadıxov çempion olmuşlar. Qadınlar arasında Dürdanə Zeynalova, Nadejda Medvedyeva və Türkan Şabanova (gimnastika məktəbi, 45,219 bal) qalib gəlmişlər. Qadınların qoşa yarışında gimnastika məktəbini təmsil edən Ayla Əhmədova və Dinara Abbasova (47,6 bal) ən yaxşı nəticə göstərmişlər.

Qadın üçlüyündə ustalığa namizədlər arasında İranə Haşimi, Günel Fərəcova və Dilarə Sultanova (Nizami rayonundakı idman məktəbi, 43,5 bal) qalib gəlmişlər. Qadınların qoşa yarışında Səminə və Evelina İbrahimova bacıları (“Neftçi”, 42,16 bal) birinci yerə çıxmışlar. Kişilərin qoşa yarışında isə Fərhad Cəfərov və Elçin Məmmədov (gimnastika məktəbi, 45,16 bal) fərqlənmişlər.

Qadınların qoşa yarışında birinci dərəcəlilər arasında Sevil Quliyeva və Nərminə Əliyeva (gimnastika məktəbi, 35,4 bal), qarışıq cütlər arasında Emil Baxşəliyev və Cəmilə İbrahimli (“Neftçi”, 27,4 bal) ən yaxşı nəticə göstərmişlər.

Mütəxəssislər bu turnirə aprelin 15-17-də keçiriləcək ölkə çempionatına hazırlıq kimi baxırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.