Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BAKI DÖVLƏT UNİVERSİTETİNİN PROFESSORU XƏQANİ MƏMMƏDOVUN ÇIXIŞI

- Möhtərəm sədr!

Hörmətli mərasim iştirakçıları!

Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər Əliyev nəinki XX yüzilliyin II yarısının Azərbaycan tarixini yaratmışdır, o, həm də bu tarixi necə yazmağın istiqamətlərini müəyyən etmiş, onu obyektiv, doğru, düzgün, olduğu kimi yazmağı tədqiqatçılara tövsiyə etmişdir.

XX yüzilliyin sonları Azərbaycan tarixində çox ağrılı-acılı, kəşməkəşli, eyni zamanda, şərəfli bir dövr olmuşdur. Bu dövrdə erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi itirilmiş, müvəqqəti işğal edilmiş, 20 mindən çox şəhid verilmiş, 1 milyondan artıq soydaşımız öz doğma yurdlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişlər. Bu dövr eyni zamanda, milli azadlıq, müstəqillik və qurtuluş uğrunda mübarizə dövrü kimi şərəfli olmuşdur. Həmin dövrün tarixini obyektiv tədqiq etmək və müasir gənc nəslə çatdırmaq tədqiqatçıların qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Bu çətin və şərəfli vəzifəni yerinə yetirməyi öz qarşısına məqsəd qoyan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Abutalıb Səmədov qısa müddət ərzində böyük tədqiqat institutunun yerinə yetirə biləcəyi işi uğurla başa çatdırmışdır. Kitabın nəşrə hazırlanmasında buraxılışa məsul Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Talıbov, elmi redaktoru tarix elmləri doktoru Əli Həsənov, məsləhətçilər - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov, birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Qərib Məmmədov və professor Abdulla İsayevin böyük əməyi olmuş, onlar bu nəcib və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmişlər.

Oxuculara təqdim olunan “Azərbaycanın qurtuluş tarixi” kitabı xalqımızın ümummilli lideri, böyük öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etmək uğrunda apardığı müqəddəs mübarizəyə həsr olunmuşdur.

Heydər Əliyev müstəqillik əldə edildikdən sonrakı 1991-1993-cü illər haqqında yazırdı: “1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “olum ya ölüm” dilemması qarşısında qalmışdı”.

1991-1992-ci illərdə Ayaz Mütəllibov, 1992-1993-cü illərdə AXC-Müsavat iqtidarının respublikada yaratdığı ictimai-siyasi xaos, anarxiya və zorakılıq vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına gətirib çıxarmışdır. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gəlib çatmışdır.

1993-cü ilin iyun ayında AXC-Müsavat iqtidarının bacarıqsızlığından, qətiyyətsizliyindən və naşılığından istifadə edən Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov və Ayaz Mütəllibov qruplaşması hakimiyyəti ələ keçirmək üçün vətəndaş müharibəsi törətməyə, qardaş qırğını, “Talış–Muğan Respublikası”nı yaratmağa cəhd etdilər. Onlar torpaqlarımızın bir hissəsini ermənilərə verdilər və bununla da Azərbaycanı fəlakət həddinə çatdırdılar, müstəqil dövlətçiliyimizin itirilməsi təhlükəsi yarandı.

Vətənin ən ağır günlərində, dəhşətli 1993-cü ildə xalqın təkidli tələbini, AXC-Müsavat iqtidarının israrlı xahişlərini nəzərə alan Azərbaycanın xilaskar oğlu Heydər Əliyev öz tarixi missiyasını yerinə yetirmək üçün Bakıya möhtəşəm bir qayıdış etdi. O, nəhəng siyasətçi məharəti və qətiyyəti ilə vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısını aldı, doğma Vətəni labüd fəlakətdən xilas etdi.

1993-cü ilin iyun ayından xalqın tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin başçılığı ilə qısa bir müddətdə Azərbaycanın nizami Milli Ordusu yaradıldı, erməni-rus hərbi birləşmələrinin hücumunun qarşısı alındı. 1994-cü ilin mayında atəşkəsə nail olundu. Həmin ilin sentyabr ayında Azərbaycan üçün çox böyük əhəmiyyəti olan “Əsrin müqaviləsi” imzalandı, ölkədə nisbi sabitlik yaradıldı.

Əldə olunan uğurlar müxtəlif siyasi və hərbi qruplaşmaları yenidən qıcıqlandırdı və onlar hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək üçün müxtəlif cinayətlərə əl atdılar. Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşları, müxtəlif siyasi qruplar 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişi etməyə, Prezident Heydər Əliyevin həyatına sui-qəsdlər təşkil etməyə dəfələrlə cəhd göstərdilər. Lakin dahi siyasətçi Heydər Əliyevin qətiyyəti, dəyanəti və müdrik tədbirləri nəticəsində xalqın böyük rəhbərlə birliyi və dəstəyi ilə bu qəsdlərin hamısının qarşısı alındı.

“Azərbaycanın qurtuluş tarixi” kitabının müəllifi böyük öndərimiz Heydər Əliyevin yorulmaq bilməyən nəhəng fəaliyyətini, böyük xilaskarlıq rolunu zəngin arxiv materiallarından, rəsmi dövlət sənədlərindən, statistik hesabatlardan, dövri mətbuat və nəşrlərdən yerli-yerində istifadə etməklə elmi cəhətdən obyektiv tədqiq etmiş, qarşısına qoyduğu vəzifənin öhdəsindən uğurla gəlmişdir. Kitabın Azərbaycanın qurtuluş tarixinin öyrənilməsində böyük əhəmiyyətini və müsbət cəhətlərini qeyd etməklə bərabər, bəzi təkliflərimi, fikir və mülahizələrimi bildirmək istəyirəm.

1. ”Azərbaycanın qurtuluş tarixi” kitabının çox böyük elmi nəzəri və əməli əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Azərbaycan haqqında əsil həqiqətləri, ümummilli liderimizin böyük xilaskarlıq rolunu, dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə onun xarici dillərə tərcümə edilməsi və yayılması məqsədəuyğundur.

2. Müasir gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Heydər Əliyev siyasi irsinin və müstəqil dövlət quruculuğu sahəsində məqsədyönlü fəaliyyətinin onlara öyrədilməsində kitabın mühüm rol oynayacağını nəzərə alaraq ali məktəblərdə “Azərbaycanın qurtuluş tarixi” adlı xüsusi kursun tədrisinin təşkili məqsədəuyğun olardı.

3. XX yüzilliyin ikinci yarısı Azərbaycan tarixinə Heydər Əliyev erası adı ilə daxil olmuşdur. Buna görə də gələcəkdə bu mövzuda əsərlər yazılarkən, qurtuluş tariximizin başlanğıc, ilk dövrünü ötən əsrin 80-ci illərinin ortalarından yox, yaxud 90-cı illərdən yox, 60-cı illərin sonlarından Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə seçildiyi vaxtdan başlamaq daha məqsədəuyğun olar. Çünki 1969-cu ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın qurtuluş hərəkatının sosial-iqtisadi, mədəni və mənəvi təməli qoyulmuşdur. Məhz Heydər Əliyev Azərbaycan xalqının özünə inam əhval-ruhiyyəsini yüksəltmiş, Azərbaycanı dünyaya tanıtmışdır. Məhz cənab Heydər Əliyev Ana dilmizi məişət dilindən dövlət dilinə çevirmiş və 1978-ci ildə qəbul olunmuş Konstitusiyada onu qanunvericilik yolu ilə, o zaman SSRİ miqyasında çox böyük cəsarət göstərərək təsdiq etdirmişdir. Xalqımızın milli özünüdərkin, milli şüurunun inkişafında Heydər Əliyev çox böyük tarixi rol oynamışdır. Ona görə də qurtuluş tariximizin başlanğıc dövrünün məhz 1969-cu ilin avqustundan başlamaq daha məqsədəuyğun olar.

4.Kitabda Heydər Əliyevin böyük dövlətçilik fəaliyyətinin 1996-cı ilə qədərki dövrü ətraflı təhlil edilmişdir. Müəllifin gələckdə bu istiqamətdə fəaliyyətini nəzərə alaraq 1996-2003-cü illərdə böyük öndərimizin Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və həyata keçirilməsi sahəsində mühüm rolunu, titanik fəaliyyətini araşdırmağı və tədqiq etməyi arzu edirəm.

Bu nəcib, məsuliyyətli və son dərəcə də şərəfli vəzifənin yerinə yetirilməsində ona uğur arzu edirəm.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək