BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 7 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 182 gün olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar 2008-ci il martın 28-də ödəniləcəkdir.
Hərrac zamanı DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.