BAKI FOND BİRJASINDA İKİ BANKIN İSTİQRAZ VƏRƏQƏLƏRİNİN YERLƏŞDİRİLMƏSİ ÜÇÜN HƏRRACLAR KEÇİRİLMİŞDİR
AzerTAg.az
Bakı Fond Birjasında (BFB) “Azəriqazbank” Sərmayə-Kommersiya Bankının 2030097B dövlət qeydiyyat nişanlı istiqraz vərəqələrinin yerləşdirilməsi üçün hərrac keçirilmişdir. Hərracda bir iştirakçı vardı.
BFB-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həm sifarişlərin ümumi həcmi, həm də istiqraz vərəqələrinin nominal üzrə satış həcmi 5 milyard manat olmuşdur. Yerləşdirilməyən 1 milyard manatlıq istiqraz vərəqələri isə hər gün BFB-də satışa çıxarılacaqdır. İstiqraz vərəqələri 2006-cı il aprelin 12-də ödəniləcəkdir.
Bu il aprelin 12-də BFB-də “Texnikabank” Məhdud Məsuliyyətli Cəmiyyətin 2010508B dövlət qeydiyyat nişanlı istiqraz vərəqələrinin yerləşdirilməsi üçün hərrac keçirilmiş, lakin kifayət qədər sifariş olmadığından hərrac baş tutmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var