İDMAN
“BAKI” FUTBOL ÜZRƏ XIV AZƏRBAYCAN ÇEMPİONATININ QALİBİ OLMUŞDUR
“İnter” Tofiq Bəhramov adına Respublika stadionunda turnir cədvəlinin birinci pilləsində qərarlaşmış “Bakı” ilə qarşılaşmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Bakı” futbolçuları 1:0 hesabı ilə qalib gələrək, digər görüşlərin nəticələrindən asılı olmayaraq, 58 xalla çempionatı birinci yerdə başa vurmuşlar.
Beləliklə, tarixində ilk dəfə Azərbaycan çempionu olmuş “Bakı” komandası ölkəmizi Çempionlar Liqasında təmsil edəcəkdir. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Turan” - “Şahdağ” 2:3, “Gəncə - MOİK - 5:3
Mayın 30-da keçiriləcək “Neftçi” - “Xəzər-Lənkəran” və “Olimpik” - “Karvan” oyunlarından sonra birinciliyin gümüş və bürünc medallarının sahibi müəyyənləşəcəkdir. Bu oyunlardan əlavə, Sumqayıtda “Gənclərbirliyi” “Qarabağ”ı, İmişlidə isə “MKT-Araz” “Göyəzən”i qəbul edəcəkdir.
Xatırladaq ki, hazırda turnir cədvəlində “Karvan” 54 xalla ikinci, “Neftçi” 53 xalla üçüncü yerdədir.