MƏDƏNİYYƏT
“BAKI İLHAMLARI” YENİDƏN TAMAŞAÇILARINGÖRÜŞÜNƏ GƏLİR
TRT-nin Bakı təmsilçiliyindən AZƏRTAC-a bildirmişlər ki, verilişdə 20 Yanvar facisəsinin 16-cı ildönümü ilə bağlı keçirilən tədbirlərdən, R.Behbudovun xatirəsinə həsr olunmuş gecədən, miniatür kitab sərgisindən, Mikayil Müşfiqin anım günündən, Türkiyə universitetlərinin Bakıdakı tanıtma sərgisindən söhbət açılacaqdır. Proqramda, həmçinin Space TV-nin baş direktoru Etibar Babayevlə TRT-nin Bakı təmsilçisi Abdulhəmid Avşar arasında olmuş söhbət də tamaşaçıların marağına səbəb olacaq, burada qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşması istiqamətindəki işlərdən, layihələrdən danışılacaq.
Rəşid Dəmirtaşın rejissorluğu ilə hazırlanmış 30 dəqiqəlik veriliş yanvarın 27-də Bakı vaxtı ilə saat 8.00-da və 1.30-da TRT-İNT, həmin gün saat 18.05-də və 23.05-də TRT-TÜRK kanallarında göstəriləcəkdir.