İDMAN


“BAKI” KOMANDASININ FUTBOLÇULARI “BİRLİK KUBOKU” TURNİRİNİN İLK GÖRÜŞÜNƏ QARA SARĞI İLƏ ÇIXACAQLAR

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Moskvada MDB və Baltikyanı ölkələrin futbol çempionlarının “Birlik kuboku” turniri başlanacaqdır.
Ölkəmizi bu turnirdə son ölkə çempionu “Bakı” komandası təmsil edir. Yarışın ilk günü Moldova çempionu “Şerif”lə qarşılaşacaq Azərbaycan futbolçuları 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq meydana qara sarğı ilə çıxacaqlar.
Qeyd edək ki, turnirdə 4 qrupda 16 komanda mübarizə aparır. B qrupunda çıxış edən “Bakı” “Şerif”lə yanaşı, “Dordoy-Dinamo” (Qırğızıstan) və “Levadiya” (Estoniya) klubları ilə qarşılaşacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.