SİYASƏT
BAKI-MAHAÇQALA QATARININ XƏTTƏ BURAXILMASI DÖVLƏTLƏRARASI ƏLAQƏLƏRİN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYACAQDIR
Xəbər verdiyimiz kimi, bu günlərdə Bakı–Mahaçqala marşrutunda yeni sərnişin qatarı xəttə buraxılmışdır. Milli Məclisin bir qrup deputatı ilk sərnişin kimi bu qatarda birinci reyslə Dağıstana səfər etmişdir.
Deputat İbrahim İsayev AZƏRTAC –ın müxbirinə demişdir ki, ilk qatarı Dərbənddə Dağıstan Respublikasının rəsmiləri ilə yanaşı Rusiya Federasiyasının deputatları və hökumət nümayəndələri qarşılamışlar. Görüşlər zamanı qeyd edilmişdir ki, bu qatar iqtisadi-ticarət əlaqələri ilə yanaşı, dövlətlər və millətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edəcəkdir. Yaxın keçmişdə Əziz Əliyevin, indi isə Heydər Əliyevin onlara göstərdiyi qayğını heç vaxt unutmayacaqlarını vurğulayan dağıstanlılar Azərbaycan Prezidenti Heydər Əliyevi ümummilli lider kimi qəbul etdiklərini və hər zaman onun siyasətini dəstəkləyəcəklərini bəyan etmişlər.