İQTİSADİYYAT
BAKI-MOSKVA-BAKI YENİ AVİAREYSİ AÇILACAQDIR
“Azərbaycan Hava Yolları Dövlət Konserni” oktyabrın 26-dan ehtibarən Bakı-Moskva-Bakı marşurutu ilə yeni reys açacaqdır.
Konserndən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Boinq-757” təyarəsi ilə gündə iki dəfə fasiləsiz uçuş həyata keçiriləcəkdir. Təyyarədə və aeroportlarda sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstəriləcəkdir.
Bu reyslə uçan təyyarələr Bakı vaxtı ilə saat 10.27 və 19.50-də Binə aeroportundan, əks istiqamətdə isə saat 19.50 və 23.10-da səmaya qalxacaqlar.
Yeni reysin həyata keçirilməsi münasibəti ilə Moskvanın Domodydovo aeroportunda təqdimat mərasimi keçiriləcəkdir. Bu reysin ilk sərnişinləri - AHYDK-nin nümayəndə heyəti və ölkəmizi təmsil edən mətbuat nümayəndələri də mərasimdə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]