MƏDƏNİYYƏT


“BAKI PAYIZI” MÜSABİQƏSİ

Bakıda “Royal Qarden” müzik-hollunun binasında “Bakı payızı” musiqi müsabiqəsinin təntənəli açılış mərasimi olmuşdur. Gənclər , İdman və Turizm Nazirliyinin, YUNİSEF-in, habelə bu tədbirin təşkilatçısı olan Azərbaycan Gənclər İttifaqının nümayəndələri mərasimdə çıxış edərək, müsabiqənin ölkəmizin mədəni həyatında mühüm əhəmiyyətini vurğulamış, istedadlı gənclərin formalaşmasında böyük rol oynayacağını bildirmişlər.

Rəsmi hissədən sonra ötən müsabiqələrin laureatları Tünzalə Ağayeva, Rəşad Davudov, Fuad Mirzəyev və başqaları dinləyicilərin rəğbətini qazanmış mahnılarla yanaşı, yeni mahnılar ifa etmişlər.

Müsabiqənin əsas mükafatına – “İncəsənət adamı” yüksək adına 30 iştirakçı namizəddir. Onları bu ilin may ayında keçirilmiş seçmə turun gedişində nüfuzlu münsiflər heyəti 85 ifaçının arasından seçmişdir. Xatırladaq ki, müsabiqənin prinsiplərini və əsaslarını Azərbaycan estrada musiqisinin ustadı Tofiq Quliyev qoymuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.