MƏDƏNİYYƏT


“BAKI PAYIZI –2002” MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR

Bu günlərdə paytaxtımızda “Bakı payızı-2002” müsabiqəsinin final mərhələsi başa çatmışdır. Belə müsabiqələrin keçirilməsinin əsası görkəmli bəstəkar Tofiq Quliyev tərəfindən qoyulmuşdu.

YUNİSEF təşkilatının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi müsabiqə “Yaradıcı gənclik sağlam həyat tərzi uğrunda” devizi altında keçirilmişdir. İki mərhələdə keçirilən müsabiqənin finalında 15 gənc ifaçı iştirak etmişdir. Müsabiqə iştirakçıları birinci mərhələdə Azərbaycan dilində, ikinci mərhələdə isə xarici dildə mahnı ifa etməli idilər.

Nüfuzlu münsiflər heyəti müsabiqənin qaliblərini elan etmişdir. Birinci yerə və baş mükafata İlahə Cəfərova və Ülkər Quliyeva layiq görülmüşlər. İkinci yeri gəncəli Pərviz Abdullayev, üçüncü yeri isə Əfsanə Məmmədova və Tünzalə Ağayeva tutmuşlar. Bundan əlavə, 6 nəfər xüsusi diplomlarla təltif edilmişdir.

Tədbir çərçivəsində modelçi rəssamların da müsabiqəsi keçirilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.