Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BAKI ŞƏHƏRİNİN QƏSƏBƏLƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR PROQRAMINDA YERİNƏ YETİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN İŞLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTINİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”nda nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”nda yerinə yetirilməsi nəzərdə tutulan işlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan aşağıdakı təşkilatlara 26,0 (iyirmi altı) milyon manat vəsaitin ayrılmasını təmin etsin:

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə - 8,0 milyon manat

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə- 2,1 milyon manat

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə - 1,9 milyon manat

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə- 0,6 milyon manat

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə - 0,1 milyon manat

Bakı şəhər İcra Hakimiyyətinə - 2,0 milyon manat

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə - 6,2 milyon manat

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə - 5,1 milyon manat

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 mart 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin