SİYASƏT


BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI

İyulun 26-da Azərbaycan Demokrat Partiyası metronun “20 Yanvar” stansiyasının önündən başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə, Yasamal rayonundakı Dövlət Film Fondunun binası qarşısındakı meydanadək olan məsafədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış yürüş keçirmişdir.

Saat 18.00-dan 19.00-dək davam edən aksiyada həmin partiyanın 600 nəfərədək üzvü və təəssübkeşi iştirak etmişdir.

Tədbir zamanı asayişin və ictimai təhlükəsizliyin kobud şəkildə pozulması hallarına yol verilməmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.