SİYASƏT
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI
Özlərini “Birləşmiş Müxalifət Hərəkatı” adlandıran quruma daxil olan partiyalar 2002-ci il oktyabrın 27-də metronun “20 Yanvar” stansiyasının qarşısından başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə, Yasamal rayonundakı Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrı) binası qarşısındakı meydanda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış yürüş-mitinq keçirmişlər.
Saat 15.00-dan 17.00-dək davam edən aksiyada müxalifəti təmsil edən bütün partiya və ictimai qurumların təxminən dörd min nəfərə yaxın üzvü və təəssübkeşi iştirak etmişdir.
Tədbir zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması hallarına yol verilməmişdir.