ELM VƏ TƏHSİL


BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ

Bakı Slavyan Universiteti professor-müəllim heyəti və tələbələrinin Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü keçirilmişdir.

BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları səmimiyyətlə salamlayaraq, başçılıq etdiyi ali məktəbin strukturu və fəaliyyəti barədə məlumat verdi. O dedi ki, Bakı Slavyan Universiteti slavyan xalqlarının dilləri və mədəniyyətlərinin öyrənilməsində, Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində və əməkdaşlığın inkişafında böyük rol oynayır.

Cənab Eduard Rossel çıxışında Sverdlovsk vilayətində mədəniyyət və təhsilin, xalq təsərrüfatının inkişafı barədə ətraflı danışdı. Qubernator dedi ki, vilayətdə bir çox xalqların nümayəndələri yaşayırlar, lakin Azərbaycan diasporu daha böyükdür.

E.Rossel Bakı Slavyan Universitetinin Yekaterinburqda filialının açılması barədə K.Abdullayevin təklifi ilə əlaqədar bildirdi ki, bunun reallaşması üçün var qüvvə ilə çalışacaq, vilayətin Rektorlar Assosiasiyası və hökuməti ilə danışacaqdır.

Sonra qonaqlar bu ali məktəbdə fəaliyyət göstərən Ukrayna mərkəzi və Moskva auditoriyası ilə tanış oldular.

Görüşdə Baş nazirin birinci müavini Abbas Abbasov iştirak edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.