İQTİSADİYYAT
BAKI-TBİLİSİ-ƏRZURUM LAYİHƏSİ ÜÇÜN AVADANLIQ HAZIRLANIR
BTC şirkətinin icraçı direktoru Maykl Taunsend jurnalistlərə bildirmişdir ki, indi Sinqapurda və Malayziyada Bakı-Tbilisi-Ərzurum layihəsi üçün 3 milyard dollar dəyərində avadanlıq hazırlanır. Onun sözlərinə görə, Rusiyanın “Qazprom” şirkətinin Gürcüstanla bağlı planları bu layihəyə heç cür mane ola bilməz və o mütləq həyata keçiriləcəkdir. O demişdir: “Heç kim yarı yolda dayanmaq fikrində deyildir”. Maykl Taunsend qeyd etmişdir ki, gələcək boru kəməri ilə nəql olunacaq qazın əsas hissəsi Türkiyəyə satılmaq üçün nəzərdə tutulmuşdur. Hesablamalara görə, “Şahdəniz” yatağının ehtiyatları 625 milyard kubmetr həcmindədir. Layihənin birinci mərhələsi çərçivəsində Türkiyəyə ildə orta hesabla 6,3 milyard, Azərbaycana 1,5 milyard və Gürcüstana 0,8 milyard kubmetr qaz satmaq barədə sazişlər vardır. Yunanıstan, Rumıniya və bir sıra Şərqi Avropa ölkələri də Azərbaycandan təbii qaz almaq arzusunda olduqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]