İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN BURAXILIŞ GÜCÜ ARTIRILA BİLƏR
Onun sözlərinə görə, BTC boru kəməri ilə vurulacaq neft lazımi miqdarda olarsa, kimyəvi reagentlər əlavə etməklə, kəmərin buraxılış gücünü 400 min barrel artırmaq, yəni gündə 1,4 milyon barrelə çatdırmaq olar. O demişdir ki, əlavə nasos stansiyalarının tikintisi isə bu göstəricini daha 200-400 min barrel artırmağa imkan verəcəkdir.
Vudvord neft ixracının qərb marşrutu olan Bakı-Supsanın perspektivlərini şərh edərək vurğulamışdır ki, bu neft kəməri BTC istifadəyə verildikdən sonra da işləyəcəkdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) bir sıra səhmdarları ondan neftin dünya bazarlarına ixracı üçün istifadə edəcəklər.
Xatırladaq ki, BTC neft kəmərinin uzunluğu 1767 kilometrdir ki, onun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin buraxılış gücü ildə 50 milyon tondur. Bilavasitə tikinti işləri 2003-cü ilin aprelində başlanmışdır və 2004-cü ilin 4-cü rübündə qurtaracaqdır. Azərbaycan neftinin Ceyhan limanından (Türkiyə) ixracı 2005-ci ilin 2-ci rübünə nəzərdə tutulmuşdur.
Layihənin dəyəri 3,6 milyard dollardır ki, onun da 2,95 milyardı tikinti işlərinə sərf olunacaqdır.