İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ İLƏ GÜNDƏ 1 MİLYON BARREL NEFT İXRAC EDİLƏCƏKDİR
bp Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi üzrə bu ilin birinci rübündə əsaslı xərclər 16 milyon ABŞ dolları təşkil etmişdir. 2007-ci il üçün BTC-nin ümumi əsaslı məsrəfləri 152 milyon dollar olacaqdır.
Nasos stansiyalarının istismara verilməsi yekunlaşdırıldıqdan, Azərbaycan və Gürcüstanda istismar olunan bütün nasosların dizel yanacağından qaz turbinlərinə keçirilməsindən sonra indi BTC-nin gün ərzində layihə gücü ilə bir milyon barrel neft ixrac etmək imkanı vardır. Hazırda bu boru kəməri ilə ixrac olunan neftin həcmi sutkada 870 min barreldən çoxdur. Kəmər 2008-ci ilin sonunda gündə bir milyon barrel (ildə təqribən 50 milyon ton) neft ötürmək gücünə çatdırılacaqdır.
Maksimum ötürücülük gücü təmin olunduqdan sonra Ceyhan terminalından gündə 1-2 tanker yola salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]