İQTİSADİYYAT


BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİNİN AÇILIŞINDA ABŞ-IN ƏN YÜKSƏK RƏHBƏRLİYİNİN İŞTİRAKI GÖZLƏNİLİR

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş AZƏRTAC-ın müxbirinə demişdir: “Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılış mərasimində Birləşmiş Ştatların ən yüksək rəhbərliyinin iştirak edəcəyi gözlənilir və bu, məni heç də təəccübləndirmir. Mən bunu sizə bütün dünya və Qafqaz üçün ən vacib bir xəbər kimi təqdim edirəm”.

Səfir bildirmişdir ki, onun ölkəsi Bakı-Tbilisi-Ceyhan layihəsinə və Şərq-Qərb enerji dəhlizinə böyük önəm verir. ABŞ-ın bu məsələlərlə əlaqədar Türkiyə və Gürcüstanla apardığı iş davam etdirilir. Əsas ixrac boru kəməri layihəsinin sırf kommersiya əhəmiyyəti daşıdığını vurğulayan Rino Harniş onun tikintisinin başa çatdırılmasını səbirsizliklə gözlədiklərini bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.