İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ10 MİN İŞ YERİ DEMƏKDİR
“bp-Azərbaycan “ şirkətindən bildirmişlər ki, Azərbaycanda 2 min 300, Gürcüstanda 2 min 500 və Türkiyədə 5 min iş yerinin açılacağı gözlənilir. Boru kəmərinin çəkilməsi üzrə podratçı CCİC şirkətinin Səngəçal, Muğan, Kürdəmir, Yevlax və Gəncədə məlumat –məşğulluq məkəzlərinin açılması üzrə iş davam edir. Bu mərkəzlərin məqsədi boru kəməri marşrutu boyunca məskunlasmış əhalinin tikinti işlərinə cəlb edilməsini təmin etməkdir.
İndiyədək CCİC 800-dən artıq yerli vətəndaşı işə götürmüşdür və bu, şirkətin ümumi işçi heyətinin 72 faizdən çoxunu təşkil edir. Spi Kapaq/Petrofak alyansı Yevlaxın Aran qəsəbəsində və Yaldili kəndində açdığı məlumat- məşğulluq mərkəzlərində fəaliyyətini davam etdirir. Bu podratçı şirkət hazırda birbaşa və ya əsas subpodratçılar vasitəsilə 180 adamı işlə təmin etmişdir. 83 faizi Azərbaycan vətəndaşlarından ibarət olan həmin işçilərin 37 nəfəri Yevlax rayonunda PS-A2 nasos stansiyası tikilən Yaldilidən və qonşu kəndlərdəndir.