ELM VƏ TƏHSİL
BAKI YANĞIN-TEXNİKİ MƏKTƏBİNDƏ TƏHSİL ALMAQ İSTƏYƏN GƏNCLƏR ÜÇÜN İMTAHAN KEÇİRİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Fövqəladə Hallar Nazirliyinin müraciətinə əsasən, nazirliyin tabeliyində olan Bakı Yanğın -Texniki Məktəbində təhsil almaq istəyən gənclər üçün avqustun 21-də test üsulu ilə qəbul imtahanı keçiriləcəkdir.
İmtahan Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda saat 14:00-da başlanacaqdır.
Qəbulla bağlı elan Bakı Yanğın-Texniki Məktəbi tərəfindən verilmişdir. Sənədlərin qəbulu müvafiq təşkilat tərəfindən aparılmışdır.
Namizədlərə imtahanda 40 sualdan ibarət kitabça veriləcəkdir (suallardan 20-si “Azərbaycan dili və ədəbiyyat” fənnindən (çəki əmsalı 1); 20-si isə “Riyaziyyat” fənnindən (çəki əmsalı 2) olacaqdır). Sualları cavablandırmaq üçün 1,5 saat vaxt ayrılmışdır.
Mümkün 300 baldan ən çox bal toplayan namizədlər ayrılan plan yerlərinin sayına müvafiq olaraq qəbul olunacaqdır.