SİYASƏT


BAK Hollandiyadakı Uruqvay səfirliyinə etiraz məktubu göndərmişdir

Paris, 29 sentyabr (AZƏRTAC). Mənzil qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın əvvəllərində Uruqvayın xarici işlər naziri Luis Almaqronun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsil həqiqətdən çox uzaq olan yaydığı məlumat Benilüks ölkələrindəki Azərbaycan diasporunun öz ətrafında birləşdirən BAK və soydaşlarımız tərəfindən böyük narazılıqla qarşılanmışdır.

Artıq xeyli müddətdir ki, BAK-da fəaliyyət göstərən diaspor təşkilatları və azərbaycanlı gənclər tərəfindən Uruqvayın Hollandiyanın inzibati mərkəzi Haaqada yerləşən səfirliyinə saysız-hesabsız etiraz məktubları göndərilir.

Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və əsl səbəbi, Ermənistanın təcavüzkar siyasəti, habelə “dənizdən-dənizə böyük Ermənistan imperiyası yaratmaq” kimi boş və mənasız ideyası haqqında ətraflı məlumat verilmiş, qonşu dövlətlər hesabına öz ərazilərini genişləndirmək xülyası ilə apardığı çirkin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizini işğal etməsindən, bir milyondan çox azərbaycanlının öz doğma yurdlarından silah gücünə çıxarılaraq qaçqın və məcburi köçkün həyatını yaşamalarından, Xocalı faciəsindən, işğal altında qalmış ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərdən söhbət açılmış, təcavüzkar ölkənin BMT, ATƏT, AŞ və digər təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrini saya salmadığı vurğulanmış, Uruqvay xarici siyasət idarəsinin rəhbərindən hadisələrə düzgün qiymət verməsi tələb olunmuşdur.

Benilüks Azərbaycanlıları Konqresi həmçinin səfirliyin qarşısında etiraz aksiyası keçirmək üçün bu ölkədəki Azərbaycan, Türkiyə və İraq türkmənləri icmalarına müraciət etmişdir.

BAK etiraz aksiyasının keçirilməsi üçün ölkənin yerli orqanlarına rəsmi icazə ilə əlaqədar müraciət etmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.