MƏDƏNİYYƏT


“BALACA MİSS VƏ MİSTER AZƏRBAYCAN-2007” MÜSABİQƏSİNİN QALİBLƏRİ ÖLKƏMİZİ ABŞ-DA TƏMSİL EDƏCƏKLƏR

AZƏRTAC xəbər verir ki, iyulun 11-də “Karvan” şadlıq sarayında Azərbaycan Moda Assosiasiyasının təşkilatçılığı ilə “Balaca miss və mister Azərbaycan-2007” müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Son mərhələyə 4 yaşından 15 yaşınadək 18 oğlan və qız qatılmışdır. Bu mərhələdə qalib gələn 3 oğlan və eyni sayda qız ABŞ-da artıq 46-cı dəfə keçiriləcək “Balacaların dünyası” müsabiqəsinə qatılacaqlar.

Xatırladaq ki, 2003-cü ildə bu müsabiqədə ölkəmizi təmsil etmiş Natəvan Hacıyeva bütün nominasiyalarda qalib gələrək 7 qızıl medala və 2 kuboka sahib olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.