Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BƏLƏDİYYƏLƏRİN ƏRAZİLƏRİ VƏ TORPAQLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASINDA BƏLƏDİYYƏLƏRİN SİYAHISI”NDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 689; 2001-ci il, № 11, maddə 677; 2002-ci il, № 5, maddə 237; 2003-cü il, № 6, maddə 273, № 8, maddə 419; 2004-cü il, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005-ci il, № 4, maddə 283, № 10, maddə 884; 2007-ci il, № 3, maddə 212) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Ağdam rayonu” bölməsinin 9-cu sırasında “Quzanlı, Çullu, Eyvazlı” sözləri “Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu” sözləri ilə əvəz edilsin;

2. “Masallı rayonu” bölməsinin 30-cu sırasında “Ərkivan kəndi” sözləri “Ərkivan qəsəbəsi” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin