“BƏLƏDİYYƏLƏRİN AUDİTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Auditorlar Palatasında “Bələdiyyələrin auditi” mövzusunda seminar keçirilmişdir.

Milli Məclisin, ədliyyə, iqtisadi inkişaf, maliyyə nazirliklərinin nümayəndələri seminarda çıxış edərək, respublikada yerli özünüidarəetmə qurumlarının idarə olunması və normal fəaliyyət göstərməsi üçün qanunvericilik bazasının yaradılması, başqa ölkələrin müvafiq strukturları və iş adamları ilə əməkdaşlığı üçün yaradılmış şərait, bələdiyyələrə dövlət qayğısı, dövlət büdcəsindən bələdiyyələr üçün nəzərdə tutulmuş vəsait barədə ətraflı məlumat vermişlər. Bələdiyyə qurumlarının və Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının üzvləri yerli büdcələrin təşkilindən və vergilərin yığılmasındakı problemlərdən danışmışlar.

Sonra bələdiyyə qurumlarının fəaliyyəti ilə bağlı aparılmış audit yoxlamaları barədə məlumat verilmişdir. Bildirilmişdir ki, bir çox bələdiyyələr maliyyə vəsaitlərini düzgün istiqamətləndirə bilməmiş, yerli büdcələri vaxtında təsdiq etməmişlər. Bəzi bələdiyyələr audit xidmətinə də etinasız yanaşmışlar. Bu da onlar tərəfindən müxtəlif qanun pozuntularına yol verilməsinə səbəb olmuşdur.

Ədliyyə Nazirliyinin nümayəndəsi bələdiyyələrin fəaliyyətini və icra strukturları ilə əlaqələrin qurulmasını tənzimləyən layihələrin, eləcə də bir sıra qanunlar paketinin hazırlandığı və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı barədə məlumat vermişdir.

Seminar iştirakçıları bələdiyyələrin işinin düzgün qurulmasında auditor xidmətinin rolunu xüsusi vurğulamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.