İDMAN
BƏLƏDİYYƏLƏR ARASINDA FUTBOL TURNİRİNDƏ NÖVBƏTİTURUN OYUNLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, AFFA-nın və “Nicat” Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeron rayonunun bələdiyyələri arasında futbol turnirinin növbəti turu keçirilmişdir.
1992-93-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində aşağıdakı nəticələr qeydə alınmışdır: Səbail – Mehdiabad 0:0, Qobu – “Biləcəri-93” 1:0, Pirallahı – Qala 8:1, “Ruslan- 93” – Nizami 3:3.
1990-91-ci il təvəllüdlü futbolçular arasındakı oyunların nəticələri belədir:
Novxanı – Aşağı Güzdək 1:0, “İnternat” (Türkan) – “Banişevski” futbol klubu (Günəşli) 2:4, Türkan – Şüvəlan 2:3, “Ruslan – 93” – “Qartal” 2:1.
1989-cu il təvəllüdlü və daha yaşlı futbolçular arasında keçirilən görüşlər isə belə başa çatmışdır:
Yeni Suraxanı – Sabunçu 3:3, Qala – “Real-2” 1:5, Balaxanı – Məhəmmədi 2:1, Novxanı – “Real” (Saray) 2:1, Qobu – Aşağı Güzdək 2:2.