BƏLƏDİYYƏ YENİ İŞ YERLƏRİ AÇIR
Mingəçevir şəhər bələdiyyəsinin nəzdində yaradılmış taxta, alüminium məmulatları, tamet və beton plitələr istehsalı sexlərində 55 nəfər işlə təmin olunmuşdur.
Şəhər bələdiyyəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu müəssisələrdə hazırlanan məhsulların satışından bələdiyyə büdcəsinə daxil olan gəlirin həcmi hər il artır. Yeni kommunal və məişət xidməti sahələrinin də açılmasına hazırlıq görülür.