REGİONLAR


BALAKƏNDƏ FARAŞ TƏRƏVƏZ ƏKİNİ DAVAM EDİR

Balakən rayonunun şəxsi təsərrüfatlarında faraş tərəvəz əkini davam edir. Hazırda tərəvəz şitilləri istixanalara köçürülür. İndiyədək 450 hektardan artıq sahədə faraş tərəvəz əkilmişdir. Əvvəlki illərdə olduğu kimi, indi də kənd adamları bu gəlirli sahəyə böyük maraq göstərirlər. Xatırladaq ki, ötən il Balakən rayonunda istehsal olunmuş 19,3 min ton tərəvəz məhsulunun yarıdan çoxunu faraş tərəvəz təşkil etmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, hazırda təsərrüfatlarda kartof, qarğıdalı və digər yazlıq bitkilərin əkini də müvəffəqiyyətlə davam etdirilir. İndiyədək 350 hektar sahədə kartof əkilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.