BALAKƏNDƏ HEYVANDARLIQ MƏHSULLARI İSTEHSALI ARTMIŞDIR
AzerTAg.az
Balakən rayonunda son illər heyvandarlığın inkişafına diqqət xeyli artmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə Balakəndə kənd təsərrüfatının digər sahələrində olduğu kimi, heyvandarlıqda da dinamik artım müşahidə olunmuşdur. Hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 35 min 403 başa, davarın sayı 30 min 829 başa, quşların sayı 228 min 400-ə, arı ailələrinin sayı isə 4 min 120-ə çatmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Hesabat dövründə rayonda ət istehsalı 2004-cü ilə nisbətən 125 ton, süd istehsalı 280 ton, yumurta istehsalı 250 min ədəd, yun istehsalı isə 2 ton artmışdır.
Heyvandarlığın daha da inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 2005-ci ildə rayonda 4 özəl damazlıq təsərrüfatı yaradılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var