BALAKƏNDƏ HEYVANDARLIQ MƏHSULLARI İSTEHSALI ARTMIŞDIR
AzerTAg.az
Balakən rayonunda son illər heyvandarlığın inkişafına diqqət xeyli artmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə Balakəndə kənd təsərrüfatının digər sahələrində olduğu kimi, heyvandarlıqda da dinamik artım müşahidə olunmuşdur. Hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında iribuynuzlu qaramalın sayı 35 min 403 başa, davarların sayı 30 min 829 başa, quşların sayı 228 min başa çatmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
2004-cü ilə nisbətən ötən il rayonda ət istehsalı 125 ton, süd istehsalı 280 ton, yumurta istehsalı 250 min ədəd, yun istehsalı isə 2 ton artmışdır.
Heyvandarlığın daha da inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə ötən ildə rayonda 4 özəl damazlıq təsərrüfatı yaradılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var