BALAKƏNDƏ KƏND TƏSƏRRÜFATIMƏHSULU İSTEHSALI ARTMIŞDIR
AzerTAg.az
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, 2006-cı ildə rayonda 35 milyon 628 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 123 min manat çoxdur.
2006-cı ildə rayonda kənd təsərrüfatı istehsalçılarına xidmət göstərmək üçün «Aqrolizinq» ASC-nin təsərrüfathesablı «Aqroservis» filialı yaradılmış, tütünçülüyün inkişaf etdirilməsi üçün «Balakən-Tütün» ASC-nin fəaliyyəti bərpa edilmiş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və damazlıq işinin təşkili məqsədi ilə rayona 5 dəst süni mayalandırma avadanlığı gətirilmiş, arıçılıq üzrə yeni damazlıq təsərrüfatları yaradılmışdır. Ötən il həmçinin, «Balakən-Konserv» ASC-nin fəaliyyəti genişləndirilmiş, burada meyvə şirələri, tomat pastası, mürəbbə və digər məhsulların istehsalına başlanmışdır. Bundan əlavə, ipəkçiliyin inkişaf etdirilməsi üçün mövcud barama toxumu zavodunun fəaliyyəti daha da yaxşılaşdırılmış, 4,2 ton barama istehsal olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var