İQTİSADİYYAT
BALAKƏNDƏ YENİ RABİTƏ OBYEKTİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, açılış mərasimində iştirak edən rabitə naziri Nadir Əhmədov kənd sakinlərini bu yeni obyektin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, son dövrdə milli rabitənin inkişafı sahəsində görülən genişmiqyaslı işlərdən danışmışdır.
Açılış mərasimində çıxış edənlər rayon mərkəzində və kəndlərdə rabitə xidməti şəbəkəsinin genişləndirilməsi və müasirləşdirilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək dəyərləndirmiş, Katex kəndində belə bir müasir ATS-in istifadəyə verilməsini respublika hökumətinin bölgələrin inkişafına diqqət və qayğısının daha bir təzahürü kimi qiymətləndirmişlər.
X X X
Rayonun Qullar kəndində 360 şargirdlik məktəb binasının təməlinin qoyulması münasibətilə də mərasim keçirilmişdir.