REGİONLAR


BALAKƏNLİ FERMERLƏR YAZ-TARLA MÖVSÜMÜNƏ CİDDİ HAZIRLAŞIRLAR

Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fermer təsərrüfatlarında və şəxsi təsərrüfatlarda yaz-tarla mövsümünə ciddi hazırlıq işləri aparılır. Faraş tərəvəz əkininə böyük maraq göstərən balakənli fermerlər hazırda tərəvəz şitilliklərinə aqrotexniki xidməti davam etdirirlər və şitillər martın əvvəllərində istixanalara köçürüləcəkdir. Xatırladaq ki, ötən il Balakəndə 21,6 min ton tərəvəz istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,6 min ton çoxdur.

Rayonda qarğıdalı və fındıqçılıq kimi əlverişli və gəlirli sahələrin inkişaf etdirilməsinə də diqqət ildən-ilə artır. Son illər rayonda qarğıdalı əkini sahələri 5,1, fındıq bağlarının sahəsi isə 2 dəfə artırılmışdır. 2005-ci ildə rayonda bitkiçiliyin bu sahələrindən rekord miqdarda məhsul - 19,5 min ton qarğıdalı və 6 min ton fındıq əldə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.