BALAKƏN RAYONUNUN KATEX KƏNDİNDƏ YENİ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLDİ

Balakən rayonunun ən böyük yaşayış məntəqələrindən olan Katex kəndində yeni poçt binasının və beş yüz nəfərlik «Nihad» şadlıq sarayının tikintisi başa çatmışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə Katex kəndində rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir. İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, rayon Poçtamtının rəisi Akif Məmmədov, kənd bələdiyyəsinin sədri Cavanşir Piriyev və başqaları çıxış edərək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının tələblərinə uyğun olaraq, əhalinin maddi rifahının, sosial-məişət şəraitinin, rabitə və digər xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən məqsədyönlü işlərdən danışmış və bunun müntəzəm olaraq davam etdiriləcəyini vurğulamışlar.

Sonra mərasim iştirakçıları yeni obyektlərlə yaxından tanış olmuşlar.

Yeni poçt binası bu il Balakəndə istifadəyə verilmiş sayca üçüncü rabitə obyektidir. Bundan əvvəl Qazma və Talalar kəndlərində də poçt şöbələri üçün müasir tipli binalar tikilmişdir.

Müasir standartlara uyğun inşa edilən şadlıq sarayının istifadəyə verilməsi isə 8 min nəfərə yaxın əhalisi olan Katex kəndinin sakinlərinə gözəl hədiyyə olmaqla yanaşı, 40 nəfərin işlə təmin edilməsinə də şərait yaratmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.