DÜNYA
BƏM ŞƏHƏRİNİN HAVA LİMANI BƏRPA EDİLMİŞDİR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərdə deyilir ki, Bəm şəhərinin cümə günü baş verən güclü zəlzələ nəticəsində dağılmış hava limanı bərpa olunmuşdur. Dekabrın 27-də bu liman humanitar yardım yükləri gətirən ilk beş nəqliyyat təyyarəsini qəbul etmişdir.
Bundan əvvəl bu ağır təyyarələr Bəmin 150 kilometrliyində yerləşən Kirman ostanının mərkəzinə enirdi. İran mütəxəssisləri qısa müddətdə naviqasiya avadanlığını bərpa edərək, hava limanına elektrik enerjisi verilməsinə nail olmuşlar. Xoşbəxtlikdən, qalxma-enmə zolağına ciddi ziyan dəyməmişdir.
Ekspertlərin hesablamalarına görə, təbii fəlakət nəticəsində Bəm şəhərinin 200 minlik əhalisinin təxminən 40 min nəfəri həlak olmuşdur. Onların arasında əcnəbi turistlərin olması da istisna deyildir. Ona görə də İranın Turizm Nazirliyi turizm şirkətlərindən bu günlərdə Bəmə gələn turistlər barədə məlumat verməyi xahiş etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]