BANKLARIN BİRLƏŞMƏSİ PROSESİ DAVAM EDİR
AzerTAg.az
Bankların kapitallarının birləşdirilməsi haqqında Milli Bankın qərarına uyğun olaraq, Azərbaycanda fəaliyyənt göstərən bankların- “Sənayetexbank”ın və “Mbank”ın birgə iclası birləşmək barədə qərar qəbul etmişdir.
“Sənayetexbank”ın mətbuat üçün yaydığı məlumatında deyilir ki, iclasda hər iki bankın fəaliyyətinin nəticələri – hüquqi, struktur, inzibati, əməliyyat və informasiya-texnologiya məsələlərinə baxan qrupların hesabatları dinlənilmişdir. Oktyabrın 1-dək bu maliyyə müəssisələrinin balansları birləşdiriləcək, habelə kredit portfelinin birləşdirilməsi prosesi başlanacaqdır. Yeni bankın nizamnamə fondu 5 milyon ABŞ dolları təşkil edəcəkdir. Iclasda təsdiq olunmuş müşahidəçilər şurası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bütün bu məsələlərə dair danışıqlar aparacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var