CƏMİYYƏT
BANK OĞRULARI ŞAXTA BABA LİBASINDA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Ratingen bankına qarət məqsədi ilə edilən basqın zamanı iki qarətçidən biri öldürülmüş, ikincisi isə ağır yaralanmasına baxmayaraq, qarət etdiyi pulları götürüb aradan çıxa bilmişdir.
Şaxta baba libası geymiş hər iki qarətçi işin qurtarmasına bir neçə dəqiqə qalmış banka daxil olmuş, torbalardan hədiyyə əvəzinə odlu silah çıxararaq, bank əməkdaşlarını hədələmiş seyflərdən külli miqdarda pul qarət etmişlər.
Əməliyyatı uğurla həyata keçirən “şaxta babalar” bankdan çıxarkən giriş qapısı önundə iki polis əməkdaşı ilə üzləşmişlər. Onların arasında baş verən atışma zamanı polis əməkdaşlarından biri öldürülmüş, ikincisi isə ağır yaralanmışdır.
Yaralı quldur qarət etdiyi pulla yoxa çıxmışdır. Polisin axtarış əməliyyatları hələlik bir nəticə verməmişdir.
Polis əhalini ehtiyatlı olmağa çağıraraq xəbərdarlıq edir ki, yeni il ərəfəsi milad şənliklərində iştirak edən minlərlə şaxta babaların sıralarına onların mütəşəkkil cinayətkarlar da qoşulmuşdur. Onları evlərə, müəssisələrə buraxarkən ehtiyatlı olmaq lazımdır.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin