İQTİSADİYYAT


“BANK STANDARD” CARİ İLDƏ İLK REGİONAL İPOTEKA KREDİTİ VERMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan İpoteka Fondunun proqramı çərçivəsində “Bank Standard”ın Siyəzən filialı 2007-ci ildə ilk regional ipoteka krediti vermişdir. 18 min 300 manat məbləğində kredit illik 6 faizlə təqdim olunmuşdur.

Bu, bankın regionlarda verdiyi üçüncü ipoteka kreditidir. Bundan əvvəl bankın Gəncə və Lənkəran filialları tərəfindən ipoteka kreditləri verilmişdi.

Xatırladaq ki, Azərbaycanda ilk ipoteka kreditini də ötən ilin əvvəlində “Bank Standard” vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.